Conference

Azərbaycan Müəllim İnkişafı Mərkəzi

Avropa Azərbaycan Cəmiyyətinin

birgə layihəsi

TƏHSİLİ DƏSTƏKLƏYƏN YENİLİK VƏ İNNOVASİYALAR

Şagird nailiyyətinin artırılmasında maraqlı olan müəllimlər direktorlar və təhsil rəhbərləri üçün

BEYNƏLXALQ KONFRANS

17-18 Noyabr 2016

Bakı, Azərbaycan
Avropa Azərbaycan Məktəbi
1128, A. Abbaszadə

Salam,

Azərbaycan Müəllim İnkişafı Mərkəzi (AMİM) Sizi 17-18 noyabr tarixində Avropa Azərbaycan Məktəbinin Badamdarda yerləşən Orta məktəb binasında keçiriləcək “Təlim keyfiyyətinin yüksəldilməsi” beynəlxalq konfransında salamlamaqdan məmnunluq hissi duyur.

Konfransda məktəblər, məktəb liderləri və müəllimlərin şagirdlərin təlim nailiyyətlərini yüksəltmək istiqamətində görə biləcəyi işlər öz əksini tapacaq. Konfrans iki tanınmış beynəlxalq məruzəçi - Bill Martin (ABŞ) və Debra Mastersi (Yeni Zellandiya) Bakıya gətirir. Bill və Debra bizi beynəlxalq tədqiqatın işığında öz sinif təcrübəmiz ətrafında düşünməyə ruhlandıracaq, müəllim və məktəblərin şagird nailiyyətindəki əhəmiyyətli roluna dair nümunələr təqdim edəcəklər.

Əsas məruzəçilərimizlə yanaşı yüksək təcrübəli beynəlxalq və yerli müəllimlər də bölmə iclaslarında təqdimatlar edəcəklər.

Konfransda tanınmış təhsil ekspertləri peşəkar inkişaf təcrübələrini bölüşəcək, bundan əlavə ətraf regionlardakı müxtəlif məktəblərdən gələn müəllimlərin görüşməsi, ünsiyyət qurması və ən yaxşı təcrübələrini paylaşması üçün imkan yaradılacaq.

Sizi AMİM-in adından bu konfransda iştirak etməyə dəvət edirəm.

Hörmətlə,

Qrem Pollok
Direktor

Beynəlxalq təhsil konfransının əsas məruzəçisi Təməl verılişinin qonağı olub

Azərbaycan Müəllim İnkişafı Mərkəzi 10 oktyabr 2016-cı il tarixindən etibarən yeni binada fəaliyyət göstərir.
Yeni ünvanımız: Hüseyn Cavid prospekti, Mirvari Park yaşayış kompleksi 186, AZ1141, Avropa Azərbaycan Məktəbinin yaxınlığı.
Yeni ünvanımızın xəritəsi ilə tanış ola bilərsiniz.